Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Qafar Ağayev11:43 - Bu gün
Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Bu barədə 1news.az-a Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər