Azərbaycan və Qazaxıstan dibdərinləşdirmə gəmisi almaq üçün birgə müəssisə yaradır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qazaxıstan dibdərinləşdirmə gəmisi almaq üçün birgə müəssisə yaradır

Qafar Ağayev11:24 - Bu gün
Azərbaycan və Qazaxıstan dibdərinləşdirmə gəmisi almaq üçün birgə müəssisə yaradır

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi ("AZCON Holding") ilə Qazaxıstanın "Samruk-Kazına" ASC-nin törəmə şirkəti olan "Samruk-Kazına Invest" MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

İmzalanma R. Nəbiyevin Azərbaycanda işgüzar səfərdə olan "Samruk-Kazına" ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüşü çərçivəsində baş tutub.

"Görüş zamanı həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə edildiyini bildirib. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi apardıq", -deyə nazir qeyd edib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər