İranla müharibədə İsraildə 35 nəfər ölüb, 8 mindən çox yaralı var | 1news.az | Xəbərlər
Dünya

İranla müharibədə İsraildə 35 nəfər ölüb, 8 mindən çox yaralı var

Oksana Orucova16:45 - Bu gün
İranla müharibədə İsraildə 35 nəfər ölüb, 8 mindən çox yaralı var

ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan müharibədə 35 israilli həyatını itirib, 8 mindən çox insan yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Təl-Əviv Universitetinə bağlı Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, İran münaqişə ərzində İsrailə 640-dan çox raket və ən azı 765 pilotsuz uçuş aparatı ilə zərbələr endirib.

Bildirilib ki, müharibə başlayandan bəri 6300-dən çox israilli evlərindən təxliyə olunub. Ən çox təxliyə Təl-Əvivdə qeydə alınıb.

Məlumatda qeyd olunur ki, 8 apreldən etibarən əldə olunan müvəqqəti atəşkəs fonunda İran raket hücumlarını dayandırıb, lakin “Hizbullah” Livan ərazisindən hücumları davam etdirir.

Aprelin 11-də Pakistan’da keçirilən danışıqlarda isə tərəflər daimi atəşkəsə nail ola bilməyib. İran tərəfi bunu ABŞ-nin “həddindən artıq tələbləri” ilə izah edib.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər