İsrailin Livana hücumlarında ölənlərin sayı 2089-a çatdı | 1news.az | Xəbərlər
Dünya

İsrailin Livana hücumlarında ölənlərin sayı 2089-a çatdı

11:40 - Bu gün
İsrailin Livana hücumlarında ölənlərin sayı 2089-a çatdı

İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayının 2089-a, yaralananların sayının isə 6762-yə yüksəldiyi açıqlanıb.

1news.az xarici mediaya istinadə xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, İsrail ordusunun martın 2-də başladığı və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlar davam edir. Son 24 saat ərzində ölənlərin sayı 34 nəfər artaraq 2089-a, yaralıların sayı isə 174 nəfər artaraq 6762-yə çatıb.

Bildirilib ki, həyatını itirənlər arasında 166 uşaq, 252 qadın və 88 tibb işçisi var.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər