Türkiyədə daha bir şagirdin mesajları panikaya səbəb oldu: polis dərhal hərəkətə keçdi | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə daha bir şagirdin mesajları panikaya səbəb oldu: polis dərhal hərəkətə keçdi

09:49 - Bu gün
Türkiyədə daha bir şagirdin mesajları panikaya səbəb oldu: polis dərhal hərəkətə keçdi

Zonguldakda sinif yoldaşlarının olduğu "WhatsApp" qrupuna məktəbdə hücum edəcəyinə dair mesajlar yazan lisey şagirdi saxlanılıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdə aparılan axtarış zamanı 6 ədəd səs tapançası patronu aşkar edilib.

Məlum olub ki, o əvvəl oxuduğu liseydə sinifdə partlayıcı (petarda) partlatdığı üçün məktəbdən uzaqlaşdırılıb.

Axşam saatlarında Fener Anadolu Liseyində təhsil alan şagird sinif yoldaşlarının olduğu "WhatsApp" qrupunda Şanlıurfanın Siverek və Kahramanmaraş şəhərlərində baş verən hadisələrə bənzər şəkildə məktəbdə hücum edəcəyi ilə bağlı mesajlar yazıb və təhdid xarakterli fotolar paylaşıb.

Paylaşımlar şagirdlər və valideynlər arasında narahatlıq yaradıb. Məlumat daxil olduqdan sonra Zonguldak Respublika Prokurorluğunun göstərişi ilə polis əməkdaşları onunn evində əməliyyat keçiriblər. Evdə aparılan axtarış zamanı onun otağında 6 ədəd səs tapançası patronu tapılıb. O uşaq şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ev axtarışı zamanı polis əməkdaşları ilə ilkin söhbətdə onun əvvəllər Karaelmas Peşə və Texniki Anadolu Liseyində oxuduğu, sinifdə petarda partlatdığı üçün intizam komissiyasının qərarı ilə məktəbdən çıxarılaraq Fener Anadolu Liseyinə köçürüldüyü müəyyən edilib. Həmçinin o, bu mesajları dostlarına zarafat etmək məqsədilə yazdığını, səs tapançası patronlarını isə kənddən xatirə olaraq gətirdiyini bildirib.

Saxlanılan şagirdin polis bölməsində istintaq hərəkətləri davam edir.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər