Yol polisi skuter sürən uşağı xilas etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi skuter sürən uşağı xilas etdi - VİDEO

Qafar Ağayev13:10 - Bu gün
Yol polisi skuter sürən uşağı xilas etdi - VİDEO

Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü qəza riski yaradan təhlükəli manevr edib.

1new.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Vəziyyəti vaxtında görən yol polisi əməkdaşı dərhal müdaxilə edərək onun hərəkət hissəsinə çıxmasının qarşısını alıb. Saniyələr içində faciəyə çevrilə biləcək hadisə yol polisinin çevik reaksiyası sayəsində baş verməyib.

Həmin anın videosu anbaan təhlükəsizlik kamerasına düşüb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər