Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək

13:32 - Bu gün
Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək

İyunun 13–14-də Sumqayıtda U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Abşeron-Xızı bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Bu barədə 1news.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 406 cüdoçu mübarizə aparacaq. Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər