Azərbaycan nefti 6,6% ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
1news.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 6,35 ABŞ dolları və ya 6,6% azalaraq 90,5 ABŞ dolları təşkil edib.
Məlumata görə, əvvəlki qiymət 96,85 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
78












