Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub

First News Media13:37 - Bu gün
Rusiyanın zərbələri Ukraynanın 8 vilayətini işıqsız qoyub

Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb. 

Məlumata görə, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.

"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.

Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər