İsrailin Livana hücumlarında həlak olanların sayı 4 257 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

İsrailin Livana hücumlarında həlak olanların sayı 4 257 nəfərə çatıb

Oksana Orucova15:00 - Bu gün
İsrailin Livana hücumlarında həlak olanların sayı 4 257 nəfərə çatıb

İsrailin Livana həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayının 4 257 nəfərə, yaralananların sayının isə 12 196 nəfərə yüksəldiyi açıqlanıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, İsrail ordusunun martın 2-dən etibarən Livanın müxtəlif bölgələrini hədəf alan hücumları nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir.

Son rəsmi statistikaya əsasən, martın 2-dən iyunun 29-dək davam edən hücumlar zamanı həlak olanlar arasında 253 uşaq və 391 qadın da var.

Bildirilir ki, hücumlar nəticəsində çoxlu sayda mülki şəxs həyatını itirib.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər