Venesuelada zəlzələlərdə ölənlərin sayı 3 535-ə yüksəldi - FOTOLAR
Venesuelada iyunun 24-də baş vermiş 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayının 3 535 nəfərə çatıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuelanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı 16 740 nəfər olaraq qalır. İndiyədək 25 016 zərərçəkənə tibbi yardım göstərilib.
Axtarış-xilasetmə işləri beynəlxalq mütəxəssislər, yerli xilasedicilər və könüllülərin iştirakı ilə davam edir. Zəlzələlər nəticəsində 856 bina zərər görüb, onlardan 190-ı tamamilə dağılıb. Həmçinin indiyədək 1 048 afterşok qeydə alınıb.





78












