Böyük Qayıdış: Kiçik Qaladərəsi kəndi ilk sakinlərini qarşıladı - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük Qayıdış: Kiçik Qaladərəsi kəndi ilk sakinlərini qarşıladı - YENİLƏNİB 1

14:17 - Bu gün
Böyük Qayıdış: Kiçik Qaladərəsi kəndi ilk sakinlərini qarşıladı - YENİLƏNİB 1

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yola salınan köç karvanı kəndə çatıb.

1news.az "Report"a istinadən xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.

 

 

13:47

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndi 21 ailəyə (87 nəfər), Güneyxırman kəndi isə 18 ailəyə (72 nəfər) qucaq açıb.

Köçürülən sakinlərin məskunlaşması üçün kəndlərdə lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.

 

 

08:26

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər