Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

First News Media14:52 - Bu gün
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

Ukrayna Silahlı Qüvvələri avqustun 17-də və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.

1news.az report-a istinadən xəbər verir ki, vurulan hədəflər pilotsuz uçuş aparatları (PUA) idarəetmə məntəqələri və sursat anbarıdır.

Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı vurulub.

Bundan əlavə, Ukrayna hərbçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belqorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarəetmə məntəqəsini vurublar.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər