İran Britaniyaya etiraz notası verdi | 1news.az | Xəbərlər
Dünya

İran Britaniyaya etiraz notası verdi

First News Media13:24 - Bu gün
İran Britaniyaya etiraz notası verdi

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı səfirini XİN-ə çağıraraq rəsmi Londona etiraz notası təqdim edib.

1news.az xəbər verir ki, bu barədə "Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb Britaniya rəsmilərinin İranın ünvanına səsləndirdiyi və Tehranın "əsassız ittihamlar" adlandırdığı bəyanatlar olub. İran Britaniyanı İsraili dəstəkləməkdə, həmçinin "antiiran terror şəbəkələrinə” sığınacaq verməkdə ittiham edib.

Bildirilib ki, İran XİN Britaniya hakimiyyətini İslam Respublikasına qarşı zorakı fəaliyyətlərdə iştirak edən təşkilatlara dəstəyi dayandırmağa çağırıb.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər