Küləkli hava bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcək

1news Redaksiyası10:12 - 28 / 07 / 2026
Küləkli hava bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcək

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Paylaş:
292

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər