Yunanıstanda təhlükəli virus yayılır - Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanda təhlükəli virus yayılır - Ölənlər var

Oksana Orucova12:10 - Bu gün
Yunanıstanda təhlükəli virus yayılır - Ölənlər var

Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artmaqda davam edir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Yunanıstan bölgəsində virusla bağlı ilk yoluxma halı Tiva şəhərində qeydə alınıb.

Yunanıstan mətbuatının məlumatına görə, 65 yaşdan aşağı olan şəxs şiddətli baş ağrısı şikayəti ilə Tiva xəstəxanasına müraciət edib. Aparılan laboratoriya testləri nəticəsində onun Qərbi Nil virusuna yoluxduğu müəyyən edilib.

Xroniki xəstəliyi olmayan şəxsin hazırda səhhətinin yaxşı olduğu bildirilir.

Yeni yoluxma halı müəyyən edildikdən sonra Tiva şəhəri və ətraf ərazilərdə ağcaqanadlara qarşı dərmanlama işlərinə başlanılıb. Mütəxəssislər bölgədə ağcaqanadlarla mübarizə tədbirlərini hər gün davam etdirirlər.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 Qərbi Nil virusuna yoluxma halı qeydə alınıb. Virusdan 65 yaşdan yuxarı 6 nəfər həyatını itirib.

Ötən il avqust ayına qədər Yunanıstanda 35 yoluxma halı qeydə alınmışdı. 2025-ci il ərzində isə yoluxmaların sayı 96-ya, ölüm hallarının sayı isə 10-a çatıb.

Qərbi Nil virusu əsasən virus daşıyan ağcaqanadların dişləməsi ilə insanlara keçir.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər