Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı

First News Media11:19 - Bu gün
Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı

Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.

Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.
 
 

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər