2026-cı ilin 6 ayında Azərbaycanda yol qəzalarında ölən və yaralananların sayı azalıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

2026-cı ilin 6 ayında Azərbaycanda yol qəzalarında ölən və yaralananların sayı azalıb - STATİSTİKA

Qafar Ağayev10:20 - Bu gün
2026-cı ilin 6 ayında Azərbaycanda yol qəzalarında ölən və yaralananların sayı azalıb - STATİSTİKA

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz azdır.

Yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub. Onlardan 285 nəfər həlak olub, 404 nəfər isə yaralanıb.

Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Qeyd olunur ki, hadisələrin 83,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində 201 nəfər həlak olub, 379 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə həlak olanların sayı 9,9 faiz, yaralananların sayı isə 19,7 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 43,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Hadisələr nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər