İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi
İndoneziyada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Rutenq şəhərindən 32 kilometr şimal-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 5,7 olub.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və xəsarət alanlar, həmçinin dağıntılar barədə məlumat daxil olmayıb.
64












