Rusiya Kiyevə hücum edib: 8 nəfər ölüb, 33 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya Kiyevə hücum edib: 8 nəfər ölüb, 33 nəfər yaralanıb

Oksana Orucova10:32 - Bu gün
Rusiya Kiyevə hücum edib: 8 nəfər ölüb, 33 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hava hücumu nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 33 nəfər yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesabında yaydığı açıqlamada Rusiyanın paytaxta raket zərbələri endirdiyini bildirib.

Onun sözlərinə görə, şəhərin müxtəlif rayonlarında dağıntılar və ziyan qeydə alınıb. Kliçko qeyd edib ki, Solomyanski rayonunda uşaq xəstəxanasının binası da zərər görüb.

Kiyev meri hücum nəticəsində ilkin məlumata görə, 8 nəfərin həyatını itirdiyini, 33 nəfərin isə yaralandığını açıqlayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatında isə şəhərin Svyatoşinski, Darnitski və Solomyanski rayonlarında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Məlumata görə, Rusiya ordusu Ukraynanın Jitomir vilayətinə də hücum edib. Hücum nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.

Açıqlamada hücum səbəbilə vilayətdəki polis bölmələrindən birində yanğın baş verdiyi də qeyd olunub.
 

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər