Lisey və gimnaziyalara qəbul olanların NƏZƏRİNƏ: Bu tarixə qədər sənəd təqdim edilməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisey və gimnaziyalara qəbul olanların NƏZƏRİNƏ: Bu tarixə qədər sənəd təqdim edilməlidir

Qafar Ağayev14:57 - Bu gün
Lisey və gimnaziyalara qəbul olanların NƏZƏRİNƏ: Bu tarixə qədər sənəd təqdim edilməlidir

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

1news.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər