Məşhur aktyor Murat Yıldırım ikinci dəfə ata oldu | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktyor Murat Yıldırım ikinci dəfə ata oldu

First News Media14:52 - Bu gün
Məşhur aktyor Murat Yıldırım ikinci dəfə ata oldu

Türkiyəli məşhur aktyor Murat Yıldırım ikinci dəfə ata olub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun ailəsinə yeni üzv qatılıb. Cütlüyün oğlan övladı dünyaya gəlib. Onlar körpəyə Kerem adını veriblər.

İman Elbani hamiləliyinin 9-cu ayında ikinci övladlarını gözlədiklərini açıqlamışdı. Daha sonra Murat Yıldırım və həyat yoldaşı qızları ilə birlikdə ailə fotolarını paylaşaraq xoş xəbəri ictimaiyyətə çatdırmışdılar.

Murat Yıldırım və İman Elbani 2016-cı ildə ailə həyatı qurublar. Cütlüyün 2022-ci ildə Miray adlı qızı dünyaya gəlib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər