Pakistanda xəstəxanada yanğın: 15 körpə həyatını itirib | 1news.az | Xəbərlər
Dünya

Pakistanda xəstəxanada yanğın: 15 körpə həyatını itirib

Oksana Orucova10:41 - Bu gün
Pakistanda xəstəxanada yanğın: 15 körpə həyatını itirib

Pakistanın paytaxtı İslamabadda xəstəxananın yenidoğulmuşlar şöbəsində baş verən yanğın nəticəsində 15 körpə həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, hadisə Pakistan Tibb Elmləri İnstitutunun yenidoğulmuşlar şöbəsində baş verib. Yerli vaxtla saat 06:45-də kondisioner kompressorunun partlamasından sonra şöbədə yanğın başlayıb.

Yanğın zamanı şöbədə olan körpələrdən yalnız birinin xilas edildiyi, 15 körpənin isə həyatını itirdiyi bildirilib.

Hadisə ilə bağlı yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər