Kolumbiyada zəlzələ: ölənlərin sayı 331-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada zəlzələ: ölənlərin sayı 331-ə çatdı

Oksana Orucova15:31 - Bu gün
Kolumbiyada zəlzələ: ölənlərin sayı 331-ə çatdı

Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 331-ə çatıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, fəlakət nəticəsində 4 439 nəfər yaralanıb, 240 nəfər itkin düşüb. 364 nəfər isə dağıntılar altından sağ çıxarılıb.

Zəlzələnin yaratdığı böyük dağıntılar səbəbindən Kolumbiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Prezident Abelardo de la Espriella bildirib ki, zəlzələnin vurduğu zərərin ilkin hesablamalara görə 9,5 milyard dollar olduğu təxmin edilir. Dağıntıların aradan qaldırılması və yenidənqurma işləri üçün “Möcüzə Fondu” yaradılıb.

Hökumət evlərini itirən ailələrə kirayə yardımı göstərməyi, yeni evlər tikməyi və zədələnmiş mənzillərin bərpasına dəstək verməyi planlaşdırır.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər