ABŞ-də kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər öldü
ABŞ-nin Alyaska ştatında kiçik təyyarənin suya düşməsi nəticəsində 4 nəfər həyatını itirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı yerli hakimiyyət orqanları yayıb. Bildirilib ki, Alyaskanın Ankoric şəhərindən havaya qalxan “Piper PA-24” tipli təyyarə hələlik məlum olmayan səbəbdən qəzaya uğrayaraq Seldovia bölgəsində suya düşüb.
Xilasedicilər təyyarədə olan 4 nəfərin meyitini aşkar edərək sudan çıxarıblar.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma davam edir.
44












