“Evdə Tək 2” filminin ulduzu Tim Karri vəfat edib | 1news.az | Xəbərlər
Dünya

“Evdə Tək 2” filminin ulduzu Tim Karri vəfat edib

First News Media15:26 - Bu gün
“Evdə Tək 2” filminin ulduzu Tim Karri vəfat edib

İngilis aktyor Tim Karri 80 yaşında vəfat edib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor Los-Ancelesdəki evində çərşənbə axşamı dünyasını dəyişib. Onun ölümündə şübhəli halın olmadığı qeyd edilib.

Xatırladaq ki, Tim Karri 19 aprel 1946-cı ildə İngiltərədə anadan olub. 50 ildən artıq davam edən aktyorluq karyerası ərzində çoxsaylı film, serial və teatr tamaşalarında rol alıb.

Aktyor xüsusilə Stiven Kinqin eyniadlı əsəri əsasında çəkilmiş “It” ekranlaşdırmasında canlandırdığı Pennywise obrazı ilə tanınıb. O, həmçinin “Evdə Tək 2: Nyu-Yorkda itkin düşmüş” filmində otel müdiri cənab Hektor obrazını canlandırıb.

Karri “Annie”, “Clue”, “The Hunt for Red October” və “Muppet Treasure Island” kimi məşhur ekran əsərlərində də rol alıb.

Aktyor 2012-ci ildə keçirdiyi ağır insultdan və sonrakı əməliyyatdan sonra səhhətində ciddi problemlərlə üzləşib. Aktyor son illərdə əlil arabasından istifadə edib.

 

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər