XİN Ballıqaya qətliamının ildönümü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

XİN Ballıqaya qətliamının ildönümü ilə bağlı paylaşım edib

First News Media10:51 - 28 / 08 / 2026
XİN Ballıqaya qətliamının ildönümü ilə bağlı paylaşım edib

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.

Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq".

 

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər