İtaliyada 9 şəhərdə "qırmızı həyəcan" elan edildi
İtaliyada yayın əvvəlindən etibarən təsirini göstərən beşinci isti hava dalğası səbəbindən 9 şəhərdə "qırmızı həyəcan" elan edilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Bari, Kalyari, Kampobasso, Kataniya, Latina, Messina, Palermo, Roma və Reggio-Kalabriya şəhərlərini yüksək risk kateqoriyasına daxil edib.
Nazirlik xüsusilə yaşlılara, uşaqlara və xəstələrə günün ən isti saatları olan 11:00-18:00 aralığında açıq havada olmamağı tövsiyə edib.
Digər tərəfdən, Siciliya adasının müxtəlif bölgələrində meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Palermo yaxınlığındakı Qulino dağı ətəklərində başlayan yanğına helikopterlər vasitəsilə havadan müdaxilə edilir.
44












