Tramp: ABŞ Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarət əldə edib | 1news.az | Xəbərlər
Dünya

Tramp: ABŞ Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarət əldə edib

First News Media09:40 - Bu gün
Tramp: ABŞ Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarət əldə edib

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixinin ən böyük neft sazişi”ni imzaladıqlarını açıqlayıb.

1news.az xəbər verir ki,  bu barədə Tramp sosial media hesabında bildirib.

O qeyd edib ki, ABŞ-nin dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset Venesuelanın müvəqqəti prezidenti Del­si Rodriqeslə bu məsələ üzrə yaxın əməkdaşlıq edir.

ABŞ-nin özəl sektorla tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsi üzərində nəzarət əldə etdiyini qeyd edən Tramp sazişin ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artıracağını və ölkənin neft təchizatını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.

Venesuela sazişi təsdiqləyib

Venesuelanın dövlət televiziyası VTV-nin məlumatına görə, ölkənin müvəqqəti prezidenti Del­si Rodriqes ABŞ ilə neft sazişinin imzalandığını təsdiqləyib.

O bildirib ki, ABŞ ilə münasibətlərdə “tarixi dönüş nöqtəsi” yaşanır. Onun sözlərinə görə, saziş özəl sektor nümayəndələrinin iştirakı ilə ölkədə neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Rodriqesin sözlərinə görə, razılaşma çərçivəsində 65 milyard barellik təsdiqlənmiş potensiala malik 17 strateji yatağın işlənməsi nəzərdə tutulur.

O qeyd edib ki, layihələrə 100 milyard dollardan çox investisiya yatırılması və dövlət büdcəsinə 209 milyard dollardan artıq vergi gəlirinin daxil olması gözlənilir.

Rodriqes vurğulayıb ki, saziş Venesuelanın karbohidrogen sənayesinin strateji infrastrukturunun bərpası və yenidən qurulmasına əhəmiyyətli investisiya axını təmin edəcək.

O əlavə edib ki, yatırımlar sənayenin bərpası və modernləşdirilməsi ilə yanaşı, ölkənin iqtisadi artımına, regionun enerji təhlükəsizliyinə və beynəlxalq enerji bazarlarında daha böyük tarazlığın təmin olunmasına töhfə verəcək.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər