Rusiyanın Buçaya zərbələri nəticəsində 27 nəfər ölüb
Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbələr nəticəsində 27 nəfər həyatını itirib.
1news.az “UNIAN”a istinadən xəbər verir ki, hücumlar nəticəsində 40-dan çox şəxs yaralanıb.
Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, ölənlərin sayının artması mümkündür.
Məlumata əsasən, hücumlar nəticəsində təxminən 50 yaşayış binasına müxtəlif dərəcəli ziyan dəyib.
Bundan başqa, ətraf ərazilərdə yaşayan 400-ə yaxın sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.
46












