Rusiya Ukraynanın logistika mərkəzinə və Odessa limanına zərbələr endirib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ukraynanın logistika mərkəzinə və Odessa limanına zərbələr endirib

First News Media12:14 - Bu gün
Rusiya Ukraynanın logistika mərkəzinə və Odessa limanına zərbələr endirib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın logistika mərkəzinə zərbə endirildiyini açıqlayıb.

1news.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda Rusiya ordusunun Ukraynadakı fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, Kiyev vilayətində dünən pilotsuz uçuş aparatlarının (PUA) saxlanılması və daşınması üçün istifadə olunan “Çayki” logistika mərkəzi vurulub.

Məlumata görə, gecə saatlarında isə Odessa şəhəri və Odessa vilayətində limanların fəaliyyətini təmin edən 4 enerji obyekti hədəfə alınıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Odessa limanına endirilən zərbələr zamanı pilotsuz dəniz aparatlarının istehsal mərkəzinin, 6 yanacaq çəninin və hərbi anbarların vurulduğu qeyd edilib.

Həmçinin hücumların pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirildiyi bildirilib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər