Ukraynadan Soçiyə PUA hücumu: neft anbarında yanğın baş verib | 1news.az | Xəbərlər
Dünya

Ukraynadan Soçiyə PUA hücumu: neft anbarında yanğın baş verib

First News Media11:37 - Bu gün
Ukraynadan Soçiyə PUA hücumu: neft anbarında yanğın baş verib

Rusiyanın Krasnodar vilayəti Operativ Qərargahı Soçi şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini açıqlayıb.

1news.az xəbər verir ki, hücum nəticəsində bir neçə binaya ziyan dəyib, neft anbarında isə yanğın baş verib.

Bildirilib ki, hadisə yerində təcili xidmət əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada isə gecə saatlarında Ukraynaya məxsus 490 PUA-nın Moskva da daxil olmaqla ölkənin müxtəlif bölgələri üzərində məhv edildiyi qeyd olunub.

Moskva meri Sergey Sobyanin də sosial şəbəkə hesabında açıqlama verərək, paytaxta doğru uçan 40-a yaxın PUA-nın zərərsizləşdirildiyini bildirib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər