İran: Omanla Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınıq | 1news.az | Xəbərlər
Dünya

İran: Omanla Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınıq

Oksana Orucova12:28 - Bu gün
İran: Omanla Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınıq

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqların son mərhələyə çatdığı açıqlanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında iki ölkənin Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxın olduğunu bildirib.

“Omanla Hörmüz boğazı ilə bağlı aparılan danışıqlar son mərhələyə çatıb”, - deyə Bəqai bildirib.

Onun sözlərinə görə, Qətər rəsmiləri həftəsonu gərginliyin azaldılması məqsədilə İranda səfərdə olublar. Bəqai yaxın günlərdə Hörmüz boğazında müvəqqəti marşrutla bağlı razılığın əldə oluna biləcəyini qeyd edib.

Açıqlamadan sonra neft qiymətlərində eniş müşahidə olunub. Brent markalı neftin qiyməti 96 dollara qədər geriləyib. Birjalarda isə artım qeydə alınıb.

Neft ticarətində ən çox istifadə olunan valyuta olan ABŞ dolları qlobal valyutalar qarşısında 0,30 faiz ucuzlaşıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər