“Moldova Rusiyanın növbəti hədəfi ola bilər”
1news.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus vurğulayıb.
Onun sözlərinə görə, Vladimir Putin Sovet İttifaqını bərpa etməyə çalışır. Petreus bildirib ki, Litvanın Rusiyanın növbəti hədəfi olacağı ehtimalı azdır. O, daha real namizəd kimi Moldovanı göstərib və ölkənin müdafiə baxımından daha zəif olduğunu qeyd edib.
Petreus həmçinin vurğulayıb ki, Avropa ölkələri mümkün münaqişəyə hazır deyil və müharibə, müdafiə və təhlükəsizlik məsələlərinə yanaşmalarında hələ də zəruri dəyişiklikləri həyata keçirməyiblər.
63












