1news.az

21 gün komada qalan qazimiz sağalaraq ailəsinə qovuşub - FOTO

1 Dekabr saat 09:49 ~ 1 dəqiqəlik oxu 2350
21 gün komada qalan qazimiz sağalaraq ailəsinə qovuşub - FOTO

Zəfər yürüşündə düşmənə qan udduran PDM-çilərimiz sözün əsl mənasında öz qəhrəmanlıqları ilə yadda qalıb. Belə döyüşçülərimizdən biridə Qəni Gözəlovdur. Doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edən PDM-çimiz namərd erməni atəşinə tuş gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vətən Müharibəsi ərəfəsində düşmən atəşinə tuş gələn PDM-çi qazi Qəni Gözəlov 21 gün komada qalıb. Bir neçə dəfə əməliyyat olunan döyüşçü ötən gün sağalaraq ailəsinə qovuşub. Qazimiz kənd sakinləri və ailəsi tərəfindən alqışlarla qarşılanıb.

Qəni Gözəlov deyir ki, bu Qələbədə payım olduğu üçün artıq heç bir ağrı acı hiss etmirəm. Çünki bizim bir məqsədimiz vardı - döyüşə girərkən düşməni məhv edək. Bu amal ilə düşmənə qarşı hücuma keçdik. Füzuli istiqamətində döyüşlərimiz oldu, doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etdik.

Qazinin atası Şakir Gözəlov öz oğlu ilə və ordumuzla fəxr etdiyini söyləyir. O deyir ki, hər birimizin arzusu gerçəkləşib - torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb.

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net