Abşeronda ər arvadını bıçaqlayıb öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda ər arvadını bıçaqlayıb öldürüb

10:47 - 31 / 10 / 2020
Abşeronda ər arvadını bıçaqlayıb öldürüb

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Abşeron rayon prokurorluğundan 1news.az-a verilən məlumatda bildirilir ki, hadisə oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbəsində baş verib. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qafar Ağayev 

Paylaş:
337

Son xəbərlər

Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14
Bütün xəbərlər