Afaq Əliyeva: Hər bir vətəndaş özünü koronavirusdan qoruyaraq əsgərlərimizi qoruyur | 1news.az | Xəbərlər
Cəmiyyət

Afaq Əliyeva: Hər bir vətəndaş özünü koronavirusdan qoruyaraq əsgərlərimizi qoruyur

17:32 - 29 / 10 / 2020
Afaq Əliyeva: Hər bir vətəndaş özünü koronavirusdan qoruyaraq əsgərlərimizi qoruyur

“Son  gönlər Azərbaycanda koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarında kəskin artım müşahidə olunur. Artımın əsas səbəbləri vətəndaşların qoruyucu maskalardan düzgün istifadə və mövcud karantin qaydalarına riayət etməməsi,  şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaması, bir çox hallarda ara məsafənin gözlənilməməsi, zəruri ehtiyac olmadığı halda belə evdən cıxmaları,  ictimai yerlərdə kontaktların çoxalmasıdır”.

1news.az xəbər verir ki, bunu APA-ya  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq xüsusi  karantin rejimi çərçivəsində dekabrın 1-dək bir sıra məhdudiyyətlər tətbiq olunub: “Payız-qış  mövsümü ilə əlaqədar koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, qrip və digər kəskin respirator virus infeksiyalarının artımı  müşahidə edilə bilər. Qrip xəstəliyinin qarşısının alınması, eyni zamanda xəstəliklərin mövsümi artımı zamanı gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə  Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 12 oktyabrdan respublikanın  şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb işçiləri), hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında qrip əleyhinə peyvəndləmə tədbirləri  aparılır. Peyvəndləmə tələblərə cavab verən  xüsusi ayrılmış  tibb müəssisələrində  həyata keçirilir”.

A.Əliyeva qeyd edib ki, hər bir vətəndaş özünü koronavirus infeksiyasından qoruyaraq, ailəsini, valideynlərini və cəbhədə olan əsgərlərimizi qoruyur: “Milli ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı bir zamanda hər bir vətəndaş COVID-19 infeksiyanın geniş yayılmaması üçün tələb olunan qaydalara riayət etməklə ordumuza dəstək vermiş olur”. 

1news.az

Paylaş:
425

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər