1news.az

Agentlik sədri: “Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”

26 Mart saat 22:49 ~ 1 dəqiqəlik oxu 236
Agentlik sədri: “Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”

“Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”.


1news.az xəbər verir ki, Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib. Z.Əliyev bildirib ki, 25 məntəqədə karantin evi var:

“Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər simptonları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var. Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalara lazım olan avadanlıq, tibbi persona və tibbi ləvazimatların çatışmazlığı aradan qaldırılıb. Bakı şəhərində 6, regionlarda 15 xəstəxana ayrılıb. Artıq regioanda aşkar olunan xəstələr öz rayonlarında, Bakıda çıxanlar isə paytaxtdakı xəstəxanalarda yerləşdirilir”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net