Almaniya telekanalında Ermənistanın Gəncəyə raket hücumu pislənilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya telekanalında Ermənistanın Gəncəyə raket hücumu pislənilib – FOTO

22:38 - 21 / 10 / 2020
Almaniya telekanalında Ermənistanın Gəncəyə raket hücumu pislənilib – FOTO

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.

1news.az-ın verdiyi xəbərə görə, reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib.

Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir.

Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır. Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər.

Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.

Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.

Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalacanağına inandıqlarını söyləyirlər.

Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.

S.Xankişiyeva

 

Paylaş:
435

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər