1news.az

AZAL-dan koronavirusla mübarizəyə dəstək VİDEOÇARXI

27 Mart saat 16:27 ~ 1 dəqiqəlik oxu 3460
AZAL-dan koronavirusla mübarizəyə dəstək VİDEOÇARXI

AZAL koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən təbirlərə dəstək məqsədilə videoçarx hazırlayıb.

Aviaşirkətdən 1news.az-a bildirilib ki, Belə bir çətin zamanda bütün ölkə “COVID-19” təhlükəsinə qarşı mübarizədə birləşib: “Hər kəsi sosial məsuliyyəti dərk edərək evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa çağırırıq. Onların yanında olaq, əməl və sözlə dəstəkləyək.

Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyə edən “Azərbaycan Hava Yolları”nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar "ön cəbhədə" çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.

Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net