Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir

15:03 - 25 / 09 / 2020
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir

Sentyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Adel İbrahim Əhməd İbrahimi qəbul edib.

1news.az xəbər verir ki, görüşdə iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlıq perspektivləri, ölkələrin mövcud turizm potensialı, COVID-19 pandemiyası dövründə hər iki ölkədə turizm sahəsi üzrə aparılan işlər və görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin və turizm imkanlarının artırılmasının vacibliyinə toxunan səfir Misirin istirahət zonası olan Şarm Əl-Şeyx şəhərinə yenidən birbaşa aviauçuşların açılması təklifi ilə çıxış edib.

Azərbaycanın da Misir Ərəb Respublikası ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Fuad Nağıyev postpandemiya dövründə yenidən Misir və Azərbaycan arasında qarşılıqlı turist səfərlərinin bərpasının turizmin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb.
Görüş çərçivəsində turizm sahəsi üzrə həyata keçirilən müvafiq strategiyalar, eləcə də bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri barəsində qarşılıqlı müzakirələr aparılıb.

Qafar Ağayev

Paylaş:
421

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər