“Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir” – Prezidentə yazırlar

11:33 - 05 / 06 / 2020
“Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Cahan Xəlilovadan, Zərdab, Azərbaycan

“Möhtərəm Prezident.

Mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbiçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq.

Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz.

Allah Sizi qorusun”.

Elnarə Abışovadan, Mingəçevir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Rusiya vətəndaşıyam, 25 yaşım var. Rusiyada doğulmuşam, orada böyümüşəm və İqtisad Universitetini bitirmişəm.

Virusla əlaqədar sahibkarlara kompensasiyanın verilməsinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Kompensasiyaya görə çox sağ olun. Bu il ölkəmizə qənim kəsilmiş virus bizə çox ziyan vurub, lakin insanların həyatından əhəmiyyətli heç nə yoxdur. Siz vaxtında karantin elan etməklə onların həyatını xilas etdiniz.

Dörd il bundan əvvəl mən Mingəçevir şəhərində turizm agentliyi açmışam. Arzum budur ki, Mingəçevir gələcəkdə turizm şəhəri olsun”.

Gözəl Musayevadan, Bakı, Azərbaycan

“Azərbaycan xalqının əziz və hörmətli oğlu.

Mənim 62 yaşım var, birinci qrup əliləm. Sizin kimi Prezidentim olduğu üçün fəxr edirəm. Çünki Siz xalqın qayğısına qalırsınız, vətəndaşlara diqqət göstərirsiniz. Dünyanı lərzəyə salan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldınız, böyük fədakarlıq göstərərək xalqımızı ağır vəziyyətdən çıxartdınız. Buna görə xalq Sizi alqışlayır.

Sizin aztəminatlı insanlara, xəstələrə, imkansızlara kömək göstərilməsi barədə çağırışınız və bu istiqamətdə əməli işləriniz çoxlarına örnək oldu. Bir çoxları Sizdən nümunə götürərək ehtiyac içində olan insanlara kömək göstərməyə başladılar, xeyriyyəçilik etdilər. Bu amil bizi birliyə səsləyir, xalqımızın daha güclü, dövlətimizin daha qüdrətli olmasına zəmin yaradır. Hər kəs bir-birinə əl uzatsa, bir-birinin əlindən tutsa, sözsüz ki, dövlətimiz daha da güclənər.

Hörmətli Prezident, Siz Azərbaycanı bütün dünyada tanıtmısınız. Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir. Bütün işlərinizdə Allah Sizə kömək olsun..”

Nəzakət İbrahimovadan, Goranboy, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizləri bu gözəgörünməz "düşmən"dən qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması, xalqımızın rifahının qayğısına qalınması, insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi və bu kimi neçə-neçə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Sizin xalqımıza olan sevginizin təsdiqi, sübutudur.

Pandemiya dövründə təhsil sahəsinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Goranboy rayon Borsunlu kənd 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Nazim Məmmədov və başqalarından, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Əməyimizə verdiyiniz yüksək qiymətə - bizi 2020-ci il Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və böyük dəstəyi, Sizin ardıcıl düşünülmüş siyasətiniz, elmə, elm adamına diqqət və qayğınız sayəsində Azərbaycan elmi 1990-cı illərin böhranını uğurla dəf edərək yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasətin nəticəsidir ki, artıq bir sıra sahələrdə, o cümlədən kondensə olunmuş hal fizikası sahəsində elmimiz öz nəticələri ilə dünyada tanınır və qəbul edilir, postsovet məkanında, xüsusilə regionda inamla liderliyə yüksəlir.

Layiq görüldüyümüz dövlət mükafatı bizi daha əzmlə çalışmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Sizin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi, xalqımızın sağlamlığı və rifahının daim yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik. Bütün dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Sizin və Mehriban xanımın həyata keçirdiyiniz tədbirlər bir daha hər bir vətəndaşın yanında olduğunuzu göstərir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, respublikamızın və xalqımızın xoşbəxtliyinə yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Nazim, akademik

Əmiraslanov İmaməddin, professor

Abdullayev Nadir, dosent

Əliyev Ziya, dosent.

Fatimə Həsənovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz pandemiya ilə mübarizədən alnıaçıq çıxmaqdadır. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Bu çətin dönəmdə aztəminatlı ailələri də unutmadınız, ərzaq yardımları və maddi yardımlarla bizi sevindirdiniz. Aprel və may aylarında aldığım 190 manat birdəfəlik müavinət bir işsiz vətəndaş kimi mənə çox kömək oldu.

Cənab Prezident, Siz xalqımıza həm maddi, həm də mənəvi dəstək oldunuz. Allah Sizi və ailənizi qorusun, əziz Prezidentimiz. Sizinlə fəxr edirik”.

Yaşar Şahbazovdan, Qusar, Azərbaycan

“Əziz Prezidentim.

Əvvəla Sizə ailənizlə birgə cansağlığı, sülh və əmin-amanlıq arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq.

Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz”.

S.Xankişiyeva

Paylaş:
990

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər