Azərbaycanda daha bir vəzifəlinin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha bir vəzifəlinin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ

15:25 - 31 / 05 / 2020
Azərbaycanda daha bir vəzifəlinin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan 1news.az-a bildirilib ki, Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
467

Son xəbərlər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44Şahdağda sulu qar yağır - Faktiki hava22 / 04 / 2024, 15:20
Bütün xəbərlər