1news.az

Azərbaycanda “Your English Voice” müsabiqəsinə qeydiyyat açıq elan olunur

11 Dekabr saat 20:55 ~ 1 dəqiqəlik oxu 3070
Azərbaycanda “Your English Voice” müsabiqəsinə qeydiyyat açıq elan olunur

İngilis dili biliyini təkmilləşdirmək, müxtəlif sosial problemlərin həlli yolunu axtarmaq və böyük bir komandanın üzvü olmaq istəyirsənsə “Your English Voice” müsabiqəsinə qoşul və Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “İnternational House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı qazan!

1news.az-ın “Sabah” qruplarına istinadən verdiyi məlumaya əsasən, müsabiqədə Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin  II və III kurs tələbələri iştirak edə bilər.

Universitetlərin siyahısı ilə elanın sonunda tanış ola bilərsiniz.

Müsabiqənin mərhələləri bunlardır:

  1. İngilis dili üzrə test imtahanı
  2. İngilis dilində video müsabiqə (komanda şəklində)
  3. İngilis dilində təqdimat (komanda şəklində)

Müsabiqəyə qoşulmaq üçün 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalından uyğun qaydada qeydiyyatdan keçməyiniz tələb olunur.

Müsabiqə mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında paylaşılacaqdır.

“Your English Voice” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council Azərbaycan” təşkilatının birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net