1news.az

Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq

17 Yanvar saat 16:05 ~ 1 dəqiqəlik oxu 599
Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq

"Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək".

1news.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək.

S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib:

"Onlar bizimlə birbaşa əməkdaşlıq edirlər. Digər 300 bələdçini də qeydiyyatdan keçirəcəyik. Bu il ərzində bütün turizm sənayesi üzrə bu işi həyata keçirməyi nəzərdə tutmuşuq".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net