Azərbaycanın İtaliyadakı səfiri: sivil dünya işğalçı Ermənistanla məsafəli davranmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İtaliyadakı səfiri: sivil dünya işğalçı Ermənistanla məsafəli davranmalıdır

15:15 - 03 / 08 / 2020
Azərbaycanın İtaliyadakı səfiri: sivil dünya işğalçı Ermənistanla məsafəli davranmalıdır

İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək və Qərb dünyasında və xristian dini çevrələrdə Ermənistanın mövqeyinə dəstək qazandırmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "svilizasiyalar arasında toqquşma" olduğunu iddia edir və münaqişəni "müsəlman ölkələrinin əhatəsində olan kiçik "əzabkeş" xristian erməni xalqının yaşamaq uğrunda mübarizəsi" kimi təqdim edir.

1news.az xəbər verir ki, səfir Məmməd Əhmədzadə katolik dini çevrələrdə populyarlığı ilə tanınan Faro di Roma online qəzetinin müxbiri Giordano Merlicco ilə geniş müsahibəsində erməni tərəfinin bu yalan iddialarını ifşa edib.

Diplomat müsahibəsində münaqişənin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş və Ermənistan tərəfindən məhəl qoyulmayan sənədlər, habelə 12 iyul tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi təxribatlar haqqında danışıb.

Səfir son hadisələr vaxtı çox sayda italyan parlamentarlarının, siyasətçilərinin və tədqiqatçıların beynəlxalq hüquq normalarına uyğun olduğu üçün Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. Bununla yanaşı, erməni tərəfinin öz xeyrinə qərb dünyasının dəstəyini qazanmaq üçün münaqişəni sivilizasiyaların toqquşması kimi təqdim etdiyini deyən diplomat münaqişənin birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından doğan ərazi münaqişəsi olduğunu qeyd edib. Ermənistanın fərqli mədəniyyətlərə və etnik qruplara yer olmayan monoetnik ölkəyə çevrildiyini, həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsinin məhv edildiyini bildirib.

Diplomat Azərbaycanın müsəlman çoxluğu olan dünyəvi ölkə olduğunu, multikulturalizmə, tolerantlığa və inkluzivliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə çox sayda sinaqoq, pravoslav, katolik və evangelist kilsələrin mövcud olduğunu, paytaxt Bakının mərkəzində erməni kilsəsinin də olduğunu və ölkəmizin mədəniyyətlər arasında bir körpü kimi qlobal səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etdiyini deyib. Əlavə edib ki, Azərbaycan dünyada enerji qaynaqları ilə zəngin ölkə kimi tanınır, ölkəmizi başqalarından fərqləndirən əsas sərvəti tolerantlıq və digər mədəniyyətlərə açıqlıq ruhudur.

Diplomat qeyd edib ki, sivil dünya Azərbaycanın bu dəyərlərini yüksək qiymətləndirməli, 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini hərbi cəhətdən işğal edən və bir milyondan çox azərbaycanlının evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin məzarlarını belə ziyarət etmək hüququnu pozan Ermənistanla məsafəli davranmalıdır.

Müsahibəsində diplomat Azərbaycanın istər İtaliya, istərsə də Müqəddəs Taxt-Tacla yaxın əlaqələrindən, cari ilin fevral ayında Prezident İlham Əliyevin hər iki ölkəyə uğurlu səfərlərindən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin bu əlaqələrə verdiyi böyük töhfələrdən də söhbət açıb.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.farodiroma.it/le-ragioni-dellazerbaigian-multiculturalismo-tolleranza-e-inclusione-sono-le-principali-ricchezze-di-un-paese-che-si-sente-aggredito-intervista-con-lambasciatore-in-italia/?fbclid=IwAR0QC-S0xIIPW58QTrcUJ84D6pDy9-8fLQAyYuH7R72nWCAOGrS5MoeiFEw

Qafar Ağayev

Paylaş:
839

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər