1news.az

Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var

6 İyul saat 11:38 ~ 1 dəqiqəlik oxu 2070
Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

1news.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Həkimin sözlərinə görə, B.Bağırzadə tənəffüsü süni ventilyasiya aparatı ilə alır. Huşu aydın, bədən hərarəti isə subfebril rəqəmlərdədir. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir. Hal-hazırda ön plana ikincili bakteriya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişiklik aparılıb".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net