Bir neçə aydan sonra TAP-ın qazla təchizatı başlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir neçə aydan sonra TAP-ın qazla təchizatı başlayacaq

13:10 - 24 / 10 / 2019
Bir neçə aydan sonra TAP-ın qazla təchizatı başlayacaq

Bir neçə aydan sonra Trans-Adriatik qaz boru kəmərinə (TAP) qazın doldurulmasına start veriləcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyinin Beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Safa Uslu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Baş direktor bildirib ki, keçən ilin yayından başlayaraq Türkiyə "Cənub Qaz Dəhlizi"nin əsas hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə qaz almağa başlayıb: "Bir neçə aydan sonra isə biz daha bir önəmli mərasimin - TAP-ın qazla təchiz edilməsinə hazırlaşırıq".

Daha sonra Türkiyənin enerji siyasətindən danışan baş direktor qeyd edib ki, ölkə xarici enerji ehtiyatları mənbələrindən asılığını azaltmağa çalışır.

Uslu deyib: "Türkiyə xarici enerji resurslarından asılıdır və ölkənin enerjiyə tələbatı getdikcə artır. Ölkənin əsas hədəfi bu asılılığı azaltmaqdır. Bunun üçün Türkiyə daxili istehsalı artırmalıdır. Bu isə ətraf mühitin çirklənməsi problemini yaradır. Buna rəğmən Türkiyə bəzi sahələrdə enerji təhlükəsizliyinə nail olub".

1news.az

Paylaş:
555

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər