Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

14:53 - 13 / 12 / 2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçiminə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu məqsədlə keçirilən müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan şəhər və rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu 25 dekabr 2019-cu il tarixinədək aparılacaqdır. Sənəd qəbulu başa çatdıqdan sonra namizədlərin qiymətləndirilməsi üçün müsahibə keçiriləcək. Nəticədə gənclər, qadınlar və sosialyönümlü layihələr üzrə rezidentlərin üç qrupu formalaşdırılacaqdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı KOBİA-dan, eləcə də Agentliyin Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB dostlarından əldə etmək olar: http://smb.gov.az/news/kobia-biznes-inkubatorlar-ucun-istirakcilarin-secilmsin-baslayib

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş müvafiq tədbirlərin icrası məqsədilə yaradılmış biznes inkubatorlar Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinə başlayanların təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərə güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş ofislər verilir və onlara ödənişsiz maarifləndirmə tədbirləri, investisiya layihələrinin və biznes planların hazırlanması, biznesin təşkili və idarə edilməsi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətləri göstərilir.

S.Xankişiyeva

 

 

Paylaş:
648

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər