BŞİH-də operativ müşavirə: Qaradağın icra başçısı cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞİH-də operativ müşavirə: Qaradağın icra başçısı cəzalandırıldı

18:00 - 24 / 03 / 2020
BŞİH-də operativ müşavirə: Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

Qurumun mətbut xidmətindən 1news.az-a verilən məlumata görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etmişdir ki, dezinfeksiya  tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirilib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsada bir sıra ərazilərdəciddi nöqsanların mövcud olduğu bildirilib. Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunub və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmalsının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmalsının vacibliyi bildirimiş və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

1news.az

Paylaş:
489

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər